Rəisi ilə helikopterdə olan Təbriz imamı zəng etdi: Səhhəti pisdir

“Helikopterdə olan Təbriz imamı iki dəfə bizimlə əlaqə saxlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini açıqlayıb.
XİN rəsmisi bildirib ki, imam zəng zamanı səhhətinin pis olduğunu deyib.
Qeyd edək ki, göyərtəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın da olduğu helikopterin yerinin müəyyən edildiyi açıqlanıb.