Bia.Az

Paşinyan və Putin anlaşdı: “Bu, Əliyevin tələbi idi” - “Hraparak”

Region
 14-05-2024, 11:36     245

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin daha bir tələbini yerinə yetirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Paşinyan mayın 8-də Moskvada işgüzar səfərdə olub, orada Vladimir Putinlə görüşüb. Görüşün nəticəsində məlum oldu ki, Rusiya tərəfi 44 günlük müharibədən sonra Tavuş, Sünik, Vayots Zor, Geqarkunik və Ararat vilayətlərindən (Azərbaycanla sərhəddən) sərhəd qoşunlarını çıxaracaq. Rəsmi təbliğat maşını və məmurlar bu faktı “suverenlik, müstəqillik, Putinə itaətsizlik” fonunda təqdim etməyə çalışırlar. Əslində, Əliyevin hələ sülh müqaviləsinin ilkin variantında irəli sürdüyü tələblərdən biri də Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkənin nümayəndələrinin dayanmaması ilə bağlı idi. Bununla bağlı sənəddə qeyd olunur ki, tərəflər öz sərhədlərində üçüncü tərəfin qüvvələrinin olmasını istisna etməlidir. Yəni Paşinyan suverenlik və müstəqillik iddiasında deyil, Əliyevin daha bir tələbini yerinə yetirib”, - məqalədə qeyd olunur.

Nəşr xatırladır ki, Putin və Paşinyanın anlaşmasına uyğun olaraq, Rusiya qüvvələri Ermənistanın Azərbaycanla sərhədlərindən çıxarılır.
скачать dle 12.1