Türkiyədə yenidən zəlzələ oldu
Türkiyənin Van vilayətində yenidən zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Sağlamtaş rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.