Təşviş: “Ermənistanın ən təhlükəli insanı Bakı ilə görüşdü” – FOTO

Erməni müxalifəti indi də Azərbaycanla sərhədin delimitasiya prosesi çərçivəsində danışıqlar aparan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanı hədəf alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni ictimai fəal Lusine Haroyan yazıb.
O, M.Qriqoryanın “Ermənistanda ən təhlükəli insanlardan biri” olduğunu iddia edib:
“Ermənistanın bütün təslim prosesini idarə edən və həyata keçirən budur. Dəfələrlə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevlə sərhədlərlə bağlı görüş keçirib”, – deyən L.Haroyan növbəti isterik mövqe nümayiş etdirib.
Qeyd edək ki, daha əvvəl Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan da M.Qriqoryanı “ölkənin ən təhlükəli adamı” adlandırmışdı. Bu onu göstərir ki, artıq Ermənistanda Mqer Qriqoryana da qarşı kampaniya başladılıb. Məqsəd Azərbaycanla sülh prosesinə zərbə vurmaq, regionda sabitlik üçün yaranmış tarixi şansı aradan qaldırmaqdır.