Bia.Az

Tatoyanın “300 min azərbaycanlı gəlir” iddiasının gerçək səbəbi…

Region
 30-04-2024, 18:48     253

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan deyib ki, Azərbaycan ilkin mərhələdə Ermənistanda 300 min azərbaycanlını (tarixi yurdlarından zorla qovulmuş – red.) məskunlaşdırmağı planlaşdırır.

Bu fikirlər nə qədər realdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, bu açıqlamalar daxili auditoriyaya hesablanıb:


Arzu Nağıyev
“Bu bəyanat Ermənistan ictimaiyyətində müəyyən gərginliyin yaranmasına səbəb olacaq. Onsuz da 4 kəndimizin geri qaytarılması ilə bağlı rəsmi İrəvanda gərginlik mövcuddur.
Sülh müqaviləsi imzalandıqdan sonra qədim Azərbaycan ərazilərinə qayıdış mümkündür. Həmin kəndlərin yenidən tikilməsi, uçurulmuş, dağıdılmış ərazilərimizin bərpası istiqamətində addımlar atmaq olar”.
Deputatın sözlərinə görə, Qərbi Azərbaycanla, oradan qovulmuş azərbaycanlılarla bağlı zaman-zaman konfranslar keçirilir, işlər görülür:
“Bu barədə həqiqətləri göstərən filmlər, kitablar ərsəyə gəlir. Ermənistanın narahatlığı odur ki, heç bir ərazi iddiası olmadan azərbaycanlılar gələcəkdə öz tarixi ərazilərinə köçə bilərlər”.скачать dle 12.1