Bia.Az

Tokayevin Ermənistan səfərinin PƏRDƏARXASI – Qazaxıstan lideri nəyə çalışır?

Region
 20-04-2024, 01:20     441

Qazaxıstan prezidentinin Ermənistana səfəri bir neçə səbəbə görə diqqət çəkir.

Globalinfo.az xəbər verir ki, rusiyalı politoloq Sergey Markedonov Kasım-Jomart Tokayevin Ermənistana səfəri ilə bağlı bəzi detalları şərh edib.
“Bu hadisə bir neçə səbəbə görə diqqət çəkir. Birincisi, cəmi bir ay əvvəl Qazaxıstan prezidenti Azərbaycana səfər etdi. Beləliklə, o, iki Qafqaz dövləti arasında münasibətləri balanslaşdırmağa çalışdı. Baxmayaraq ki, ənənəvi olaraq Astana ilk növbədə Bakının mühüm tərəfdaşı kimi qəbul edilir. Astana özünü Avrasiyada xüsusi oyunçu kimi göstərməyə çalışır. Özünü effektiv moderator kimi tanıtmaqda maraqlıdır”.

“Hələ səfərindən əvvəl Tokayev müsahibəsində ölkəsinin Bakı ilə İrəvan arasında barışıq görmək istədiyini deyib. Bu məsələdə Qazaxıstanın maraqlı olduğunu vurğulayıb. Həm Bakı, həm də İrəvan Qazaxıstanla əməkdaşlığı genişləndirməyə hazırdır. Ermənistan, Azərbaycan və Qazaxıstan rəhbərliyi arasında yüksək etimad əldə olunub.  Amma münaqişə tərəfləri özləri güzəştə getmək üçün iradə və güc tapmalıdırlar. Vasitəçi sülh axtarışına kömək edə və bunu asanlaşdıra bilər. Lakin ilk növbədə tərəflər arasında sülh tələbi olmalıdır”, – Markedonov vurğulayıb.скачать dle 12.1