Bia.Az

İrəvanda müəmma: 1992-ci il müqaviləsində yazılıb ki…

Region
 16-04-2024, 13:10     202

Ermənistan parlamentinin sədri Alen Simonyan rus sərhədçilərinin avqustun 1-dən Zvartnots hava limanını tərk edəcəyini deyib, lakin Moskvada hələ rəsmi qərar yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Məlumata görə, hakimiyyət bir neçə həftə əvvəl Rusiya Sərhəd Mühafizə Departamentinin İrəvan bürosuna məktub ünvanlayıb. Məktubda Ermənistan Sərhəd Xidmətinin mühafizə fəaliyyətini icra etmək üçün kifayət qədər resursa malik olduğu, rus sərhədçilərinin hava limanını tərk edə biləcəyi yazılıb. Lakin Moskvada hələ bu məsələ ilə bağlı konkret qərar qəbul edilməyib. Kreml sərhədçiləri hava limanında çıxarmaqda tərəddüd edir.

Bildirilir ki, sərhədçilərin yerləşdirilməsi haqqında 1992-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanan müqavilə hələ də keçərlidir. O zaman müqavilə imzalanarkən burada “Zvartnots”un adı xüsusi vurğulanmasa da, Ermənistan Respublikası ərazisində Rusiya sərhəd qoşunlarının strukturu və yerləşdiyi ərazilərin yeni müqavilə bağlanana qədər qorunub saxlanılacağı qeyd edilib.скачать dle 12.1