Bia.Az

Gorusda tutulan “Bakının nümayəndəsi”nin vəkili: “Hamı hər şeyi biləcək!”

Region
 9-04-2024, 12:08     493

“Aylar sonra Qarabağdan Ermənistana qayıdanlar arasında bircə Sərkis Qalstyan casusluqda ittiham edilir. Başqa birinə qarşı belə ittiham irəli sürülməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

S.Qalstyanın vəkili bildirib ki, istintaqın həssas olduğunu nəzərə alaraq hazırda məlumatları açıqlamaq doğru olmaz:
“Düşünürəm ki, cəmiyyət bu məsələni anlayışla qarşılayacaq. Zamanı gələndə hər kəs hər şeyi biləcək”.

Vəkil cinayət işinin Qalstyan Ermənistana gəlmədən öncə açıldığı, onun əleyhinə sübutlar toplandığına dair iddialara aydınlıq gətirib:

“İstintaq prosesi Sərkis Qaltsyan Ermənistana qayıtdıqdan sonra başladı. Əgər qayıtmasaydı, bu baş verməyəcəkdi. Onun casus fəaliyyətinə dair Ermənistan hüquq-mühafizə orqanlarında məlumat olsaydı, əvvəldən prosesə başlayar, müəyyən dəlillər toplayardılar”.

Xatırladaq ki, sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra Qarabağdan köçməkdən imtina edən keçmiş qondarma rejimin nümayəndələrindən Sərkis Qalstyan aprelin 3-də Ermənistana qayıtmaq istəyərkən Gorusda saxlanılıb. O, casusluqda ittiham edilir.

Antiterror əməliyyatlarından sonra Sərkis Qalstyanın Bakı tərəfindən “Xankəndidəki ermənilərin nümayəndəsi” təyin edilməsi xəbəri yayılsa da, qardaşı bunu təkzib etmişdi.скачать dle 12.1