Bia.Az

Tavuş meşəsində ayı ermənini parçalayıb

Region
 9-04-2024, 01:31     342

Ermənistanda meşəyə mövsümi göyərti yığmağa gedən Lusadzor kəndindən olan 33 yaşlı kişi ayının qurbanı olub.

Musavat.com bildirir ki, bu barədə jurnalist Voskan Sarkisyan öz Facebook səhifəsində yazıb.

“İki gün əvvəl, aprelin 6-da Ermənistanın Tavuş rayonunun Lusadzor kəndində kənd sakini, 1990-cı il təvəllüdlü kişi dəfn edilib. Lusadzor sakini hərbi xidməti başa vurduqdan sonra tikinti və kənd təsərrüfatı ilə məşğul olub. Aprelin 4-də o, həmkəndliləri ilə birlikdə Açarkut kəndindəki meşəyə mövsümi göyərti yığmağa gedib. Meşədə ayrılıblar və axşam kişi meşədə görüş üçün təyin olunmuş yerə gəlməyib.

Onun meyitini həmkəndliləri aşkar ediblər. Yerli sakinlər deyirlər ki, meşənin bu hissəsində ana ayı və balaları yaşayır. Ölən şəxs iki azyaşlı uşaq atası olub”, jurnalist yazıb.скачать dle 12.1