Bia.Az

Mirakyan: “Ermənistan yer üzündən silinərsə, cəmi iki gün sonra…”

Region
 8-04-2024, 01:16     243

“Qarabağ məsələsində bunu anladıq ki, Ermənistan yer üzündən silinərsə, dünya cəmi 2 gün kədərlənəcək, sonra hər öz işi ilə məşğul olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Mantaşov” iş adamları birliyinin rəhbəri Vahram Mirakyan deyib.

V.Mirakyan dost hesab edilən ölkələrin də baş verənlərə görə Ermənistanı günahlandıracağını bildirib:

“Braziliya və İndoneziya kimi ölkələr Ermənistan deyə bir ölkənin dağılmasını qətiyyən hiss etməyəcəklər. Bəli, Fransa prezidenti bir-iki nitq söyləyəcək. ABŞ dövlət katibi, bəlkə də elə prezidenti, həmçinin Rusiya prezidenti bizim məhvimizə görə bizi günahlandıracaq və bitdi. İki gün sonr ahər kəs öz işi məşğul olacaq. Ermənistan üçün sadəcə Livanda, Suriyada, Las-Veqasda, Şanxayda və digər ölkələrdə yaşayan ermənilər kədərələnəcəklər. Çünki onlar “yetim” qalacaqlar. Ona görə də ümidimizi bir tək özümüzə bağlamalı, problemlərimizi həll etməliyik”.скачать dle 12.1