Bia.Az

“Hamımız şoka düşmüşük...” - Brüsseldə Ermənistana “soyuq duş”

Region
 6-04-2024, 15:04     293

Dünən Belçikada (Brüssel) ABŞ və Avropa Birliyi (AB) ilə keçirilən görüşün nəticələri Ermənistanın hakim komandasını şoka salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri Brüssel görüşünün nəticələrindən şoka düşüblər. Milyardlarla dollar gözləntiləri vardı, ancaq növbəti 4 ildə yalnız 350 milyon avro və qrant şəklində dəstək vəd edildi”, - nəşr bildirir.

Təhlildə qeyd olunur ki, hakim komanda Brüsseldə “təfərrüatı açıqlanmayan anlaşma”ya ümid etsələr də, buna da gümanları yoxdur:

“Hakim partiyadakı mənbə bizə söyləyir ki, dünən hakimiyyət dairələrində hamı birinə-birinə təsəlli verməklə məşğul olub, ola bilsin, Paşinyan orduya tədarük bir yana qalsın, açıq demədikləri gizli razılaşmalar əldə edib. İndi Paşinyanın onlarla görüşüb məyusluqlarına son qoymasını gözləyirlər”.
скачать dle 12.1