Bia.Az

Paşinyan regionu qarışdıracaq addımı atır – “Artıq qərar verilib”

Region
 3-04-2024, 01:38     252

Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü gözlənilir. Bu görüşdən sonra regionda hansı mühüm dəyişikliklər ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, artıq böyük plan qurulub, əsas hədəf Rusiyadır:

“Rəsmi Moskvanı regiondan sıxışdırıb çıxartmağa çalışırlar. Onun son dayağı isə Ermənistandır. Rusiyanı hiddətləndirməklə Ermənistanın Qərbə yaxınlaşmasını daha da sürətləndirmək istəyirlər. Hazırda Avropanın mülki missiyası da hərbiləşməyə, NATO missiyasına çevrilməyə başlayıb. Bu yolda Ermənistanı alət kimi istifadə edirlər. Həmin hal vaxtilə Gürcüstan və Ukraynada yaşandı. Azərbaycan və Türkiyə regionda sabitliyin pozulmasını istəmir”.

R.Hüseynov qeyd edib ki, 5 aprel Brüssel görüşündə iki əsas fiqur var:

“ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen. Görüşün müzakirə mövzusu iqtisadi əlaqələr olacaq. Ermənistan kimdənsə asılı olmağa öyrəşib, müstəqil kimi yaşaya bilmir. Bununla yanaşı Moskvadan iqtisadi cəhətdən asılılığını azaltmaq istəyir.
Hesab edirəm, ABŞ Ermənistana hərbi-siyasi dəstək verəcək, silah-sursatla təmin edəcək ki, ehtimal gərginlikdə Rusiyaya qarşı istifadə etsin. Bu ilkin mərhələni təşkil edir. Sonradan prosesin istiqaməti dəyişəcək və Ermənistan problemləri ilə tək qalacaq. Rəsmi İrəvan Rusiyadan uzaqlaşmaq yolunda qəti qərarını verib və bu istiqamətdə addımlar atır”.скачать dle 12.1