Bia.Az

Ermənistan parlamentində İlham Əliyevin adı gələndə… – VİDEO

Region
 2-04-2024, 12:11     218

Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Parlamentin reqlamentinə əsasən, deputatların dörddə birinin tələbi ilə növbədənkənar iclaslar keçirilə bilər.

Müxalifət partiyaları aprelin 9-dan başlayacaq 4 günlük iclasın keçirilməsini nəzərdə tutublar. Spiker qismində isə xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mqer Qriqoryanın dəvət olunacağı bildirilib.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin “Hayastan” və “Şərəfim var” fraksiyaları Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesi ilə bağlı parlamentin təcili iclasını çağırıblar.

Parlament müxalifəti Nikol Paşinyanın Tavuş bölgəsinə bitişik olan Bağanis-Ayrım, Qızılhacılı, Xeyrimli və Aşağı Əskipara kəndlərinin Ermənistanın ərazisi olmadığı açıqlamasına aydınlıq gətirilməsini tələb edirlər.

Ətraflı videoda:
скачать dle 12.1