Bia.Az

Türkiyədə seçki zəfəri zamanı faciə: sədr müavini öldü

Region
 2-04-2024, 01:35     240

Türkiyənin Dənizli əyalətinin Tavas rayonunda Cümhuriyyət Xalq Partiyasının rayon sədrinin müavini Mehmet Palaz bədbəxt hadisə nəticəsində ölüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, Dənizlidə seçki zəfərini qeyd edərkən eyvan çöküb, Cümhuriyyət Xalq Partiyasının rayon sədrinin müavini Mehmet Palaz yıxılaraq dünyasını dəyişib.

Qeyd edək ki, hadisə nəticəsində 3 nəfəri ağır olmaqla 8 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.скачать dle 12.1