Bia.Az

İSA HƏBİBBƏYLİNİN KİRVƏSİ, ELŞAD MƏMMƏDOVUN “QARA KASSA”SI… - Xəlil Fərəcovun qanunsuz əməlləri ilə bağlı şok faktlar

Redaktorun seçimi
 10-01-2023, 16:03     68

Ordubad rayonu, Sabirkənd kəndinin icra nümayəndəsi Xəlil Fərəcov barəsində Hurriyyet.az saytının redaksiyasına şok faktlar daxil olub. Məlum səbəblərdən adının açıqlanmasını istəməyən mənbə redaksiyamıza daha ətraflı məlumat verəcəyini bildirir:

“Bu adamın saxta işlərinin sayı-hesabı yoxdur. Belə ki, o, kəndin məktəbini özəlləşdirib. Direktor bacısıoğlu, təşkilatçı bacısıoğlu, dərs hissə müdiri qardaşı gəlini….

Bu adamın əli hər yerə çatır. Düylün kənd icra nümayəndəsi də qardaşının oğludur. Hansı ki, o, vaxtilə Sabirkənd məktəbinin dərs hissə müdiri idi. İndi isə həyat yoldaşı onun yerində çalışır. Bu qardaşoğlu (dil-ədəbiyyat müəllimidir) attestasiyada 9 bal toplaya bilib, elə ona görə də (fərqlənən) qardaşoğlu icra nümayəndəsi təyin edilib.

Xəlil Fərəcovun oğlu, “Qəzo” ləqəbli Səyyad Fərəcov kəndin bələdiyyə sədridir.

Xəlil Fərəcov Sabirkənd mərkəzində ikimərtəbəli market tikdirib. Hazırda marketi oğlu idarə edir. Bütün icarədarlardan ağlına gələn fantastik qiymətlə icarə haqqı alır. “Qəzo” həm də marketdə satıcı olaraq çalışır. Camaatın qızına, gəlininə qarşı əxlaqsız hərəkətlər edir. Dəfələrlə dükanda pis-pis hərəkətlərinin şahidi olunub…

Xəlii Fərəcovun qardaşı gəlininin biri Mədəniyyət evinin müdiridir. Qaynı arvadları isə Mədəniyyət evinin işçiləridir.

Kənddə köhnə məktəbin böyük ərazisi olub. Xəlii Fərəcov bu ərazini 18 nəfərə satıb. 14 nəfərə 6 min manata, digər 4 nəfərə isə 8-10 min manata. Bundan başqa, Baş dizə kəndinin məktəb ərazisin iki qardaşa 26 min manata satıb, sənədləşdirib.

Yaxınlıqda olan Yaycı kənd ərazisindən də özünə böyük torpaq sahəsi alıb…”

Qeyd edək ki, Xəlil Fərəcov AMEA rəhbəri İsa Həbibbəylinin kirvəsi, Ordubadın icra başçısı Elşad Məmmədovun “qara kassa”sıdır. Mənbə deyir ki, onlarin cinayət əməlləri barədə redaksiyamıza daha ətraflı məlumat verəcək…

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
скачать dle 12.1