Bia.Az

“Bayraktar” üçün darıxan və qaşınan ermənilər – Savaş 45-ci günə keçsə...

KÖŞƏ YAZARLARI
 7-08-2022, 14:18     779

Belə görünür ki, Qarabağda “Qisas” əməliyyatının davamı özünü çox gözlətməyəcək. Çünki erməni sırtıqlığı hər gün yeni-yeni rekordları ilə bizi təəccübləndirməkdədir. 2 təzə fakt.

Özünü hərbi ekspert sayan Karen Vrtanesyan görün nə sarsaqlayıb. Facebook paylaşımında o, iddia edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 6-cı bəndi guya ermənilərin Laçından çıxmasını deyil, sadəcə, Şuşadan yan keçən marşrutunun tikintisini nəzərdə tutur.
“Mənim əvvəlki statusumun altında bir neçə şərh var idi və orda bildirilirdi ki, 10 noyabr tarixli üçtərəfli təslimçi sənədində ermənilərin Berdzoru (Laçın şəhəri – Z.S.) tərk etməsi, yeni yolun Berdzordan (Laçın şəhərindən – Z.S.) keçməməsi şərti qoyulub. Əslində, bu belə deyil. Söhbət ancaq və ancaq Şuşidən (Şuşadan – Z.S) yan keçən yolun inşasından gedir. Berdzordan (Laçın şəhərindən – Z.S.) çıxmaq haqda yox, Berdzor (Laçın şəhəri – Z.S.) sakinlərini çıxarmaq haqda yox, Şuşadan yan keçəcək yoldan bəhs edilir”, - deyə o guya öz aləmində “velosiped kəşf edibmiş” kimi soydaşlarını sevindirməyə uğursuz cəhd edib. b
Heyrətamizdir. Bu iki ayaqlı zatın guya xəbəri yoxdur ki, müharibə noyabrın 10-da məhz Ermənistan kapitulyasiya aktı imzaladığı üçün dayanıb. Nə demək bu? O demək ki, hərbi əməliyyatlar davam eləsəydi, nəinki ermənilərin əcaib adla “Berdzor”, “Kaşataq” adlandırdıqları Laçında, heç Xankəndində belə toxumluq erməni qalmayacaqdı! Xüsusən də Laçına doluşmuş terrorçu Livan və Suriya erməniləri. Çoxdan dabanlarına tüpürüb qaçmışdılar.
Nə qədər həyasız, nankor və qədirbilməz məxluq imiş bunlar! Evlərinə əlavə daha bir neçə min erməni leşi gəlmədiyinə görə Allahlarına şükür eləmək, Azərbaycana, Putinə minnətdar olmaq əvəzinə, görün hansı havanı çalırlar? Burdan-bura, cəmi 2 il öncə imzalanmış sənədi açıq-aşkar təhrif edirlər.
Sənədin 6-cı bəndini bir də yada salaq: “Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). 3 il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.
Diqqət edin, 6-cı bənddə haqqında danışılan Laçın rayonu (rayona Laçın şəhəri də daxildir) əslində 2020-ci il dekabrın 1-dək tam boşaldılmalı idi. Sadəcə, Azərbaycan humanizm göstərərək, “dəhliz” naminə Laçın şəhərinin daha 3 il (daha dəqiqi, uzağı 3 il) nəzarətimizdə olmamasına razı olub (“3 il ərzində” ifadəsi 3 il sonra demək deyil!)
Bədbəxt haylar. Rusiya sülhməramlılarının öz dislokasiya yerlərini təzə yola dəyişməsi elə ondan ötrüdür ki, Laçın şəhəri və ətraf kəndlər Kəlbəcər, Ağam kimi, Laçın rayonunun digər əraziləri kimi Azərbaycana qaytarılsın. Nikol Paşinyanın imza atdığı təslimçi sənədin fəlsəfəsi də elə bundan ibarətdir: Azərbaycanın işğal altındakı yerdə qalan ərazilərinin, sonuncu kəndinə kimi savaşsız, qeyd-şərtsiz təhvil verilməsi!
Bu yazılı öhdəlikdir, toya dəvətnamə deyil ki, kefin istəməsə gəlməyəsən. Yəni burda heç bir “nəm-nüm” keçmir və nida işarəsi! Yoxsa müharibənin qaldığı yerdən davamınımı istəyirsiz? “Bayraktar”lar üçünmü darıxmışınız? Biz hazır...
Yaxud Qarabağ klanına bağlı “Ermənistan” deputat blokunun üzvü Kristine Vardanyan Facebook səhifəsində yazır: “Danışıqlarda Ermənistanı təmsil edən qüvvə “artsax”ın hesabına erməni tərəfinin güzəştləri ilə bağlı Azərbaycan və Türkiyə ilə ayrı-ayrılıqda razılığa gəlib. Aqavno (Zabux – Z.S.) kəndinin başçısı Daşnaksütyun partiyasını təmsil edir (Livan ermənisidir – Z.S.). Kənd diasporun ianələri hesabına salınıb və məskunlaşdırılıb. Başqa sözlə, milli qanad kəndi saxlamaq istəyir, amma gizli siyasi razılaşma nəticəsində düşmənə təslim edilir. Karvaçar (Kəlbəcər - Z.S.) və Kaşataqla (Laçın rayonu – Z.S) da belə olmuşdu”.
Nə deyəsən? Alnının gülləsi çatmayan bu gicbəsər axçi görəsən erməni tərəfinin hansı “güzəştləri”ndən dəm vurur belə? Azərbaycanın qanuni torpaqlarının hərblə deyil, sülhlə geri qaytarılması nə vaxtdan güzəşt sayılır? Yoxsa daha bir neçə yüz sink tabut alandan sonra ağıllanmaq, ərazimizdən rədd olmaq fikrindəsiniz?
Hər şey qırağa, nə tez unutdunuz Paşinyanın etirafını: demişdi ki, müharibə 10 noyabrda kapitulyasiya sənədi ilə dayandırılmasaydı, qısa zamanda 20-25 minlik erməni hərbi qruplaşması mühasirəyə düşüb məhv olacaq, ya da əsir götürüləcəkdi. Yaxşılıqlarımıza cavab bumu?
Olsun. Biz hazır? “Bayraktar”lamızla, komandolarımızla birgə...

Zahid SƏFƏROĞLUскачать dle 12.1