Bia.Az

Heç bilirsiniz hara gəlib çıxmışıq...?

KÖŞƏ YAZARLARI
 7-11-2021, 12:51     1 747

Elxas COMƏRD

"Marketlər"  tərəf deyil. Heç, "Ətçilərdə" deyil, deyəsən  oranı  da  keçmişik, yada  hələ  çatmamışıq. Nədə "Dörd yol"  deyil. "Dörd yol" a,  biz  90  ildə  gəlib  çıxmışdıq.
O vaxt, "İşıq  gələn"  tərəfə   getdik  biz, kimsə gəlib  dedi ki,  sizi,  kəsə  yolnan  aparacağıq. Urrey  deyib  düşdük   bizi  kəsə  yolnan  aparanın  dalına, arxasına.  Oda  bizi  işıq  gələn  tərəfə  yox,  gətrib  çıxartdı   " İt hürən" tərəfə gedən yola.  İndi  o  yolnan  hələ  gedirik...
Yenə   bilmədiniz   haradı...?
Yox,   "Məktəbin yanı" da  deyil...
Amma  yaman  gündəyik. Ömür  gedir, heydən  düşmüşük. Bütün  ümüdlərimiz  puça  çıxdı,  çıxarıldı. İndi,  öz  milçəymizi qorumağa da heymiz  qalmayıb...
Yenə,  "gedirik" - deyəndə,  daha  həm  dirənmişik, həm  təhlükələr  çoxalıb...
Sərvətlərimiz  talandı, xarici  ölkələrə  daşıdılar,  doğulacaq  nəvə - nəticələri  üçün  yatrımlar  yapmaq  istədilər. Qəddafini, Mübarəki  aldadan  xaricilər, deyəsən  eynən  bizimkilərində  yatrımlarına  əl  qoyublar...
Millətin  ah - naləsinə  baxmayıb,  ondan  oğurlananlar, filtir-filtir  olub  burnundan  gətrilir. Amma  olan  bu  millətə  olur...
Müəllimindən,  həkimindən, mühəndisindən  və  qara  fəhləsindən  10  qat  çox  maaş  alan,  ölkə  büdcəsinin  şəhidinə, qazisinə, döyüşçüsünə, hərbiçisinə  verilən  maaşı,  bir  100 manat  artırdırmaq  istəyinə, tələbinə  bunun  mümkün  olmadığından  nağıllar  danışmağa  başlayanların, yalı, imtiyazı  bir  azda artırıldı. Ancaq  10  manat  maaş, pensiya,  müavinət  artırmamış,  10  qat  qazının, işıqının, suyunun, digər  xidmət  rüsumların artırdılar. Milləti zəlil  günə  saldılar...
Allahın  ümüdünə  buraxılan  millətin,  min  bir  əziyyətilə, dövlət  deyilən  nəsnənin   bir  qəpidə  uşaq  pulun, sosial  yardımın  almadan  böyütdüyü  uçuq, suvaqsız, yarımçıq  komasından  çıxan  balaların  30  il  bizə  utanc  verən  işğalı  44  günə   tarixin   yazdılar...
Bizi  qürurlandırdılar,  fəxarət  yaşatdılar. İndidə  onları  yaşatmaq, onların  bütün  tibbi yardımlarını  qarşılamaq  üçün  maaşımızdan, ianə formasında  ödəmələrmizdən  balalarmızı  saxlatdırırlar...
Özümüzüdə  çölün  küdrüsündə,  şaxtada, soyuqda, çovğunda, nəfəs kəsən  bürküdə  buraxdılar...
Hər  addımbaşı  nəfəsmizi  kəsdilər...
Müxalifətmiz  deyir ki, xalq  hamsı  çıxsın  meydanlara, mitinqə,  görsün  mən  necə  müxalifətəm...
ANA  MÜXALİFƏT,  DOĞUŞU   NƏZƏRDƏ  TUTULAN   İNQLAB  ADLI  UŞAĞA,  HƏLƏDƏ  HAMİLƏ  QALA  BİLMİR...
ÇÜNKİ  ATA  MÜXALİFƏTİ   YALLAYIRLAR,  GƏZMƏYƏ  APARIRLAR.  BAŞLARINI   QARIŞDIRIRLAR. ODUR  Kİ,  ATA  MÜXALİFƏT, ANA  MÜXALİFƏTİ,  ANA  MÜXALİFƏT,  ATA  MÜXALİFƏTİ  GÜNAHLANDIRIR... İTTİHAMLARIDA  BUDUR,  -  SƏN  SONSUZSAN...
Amma  müxalifət  unudur ki,
- CƏMİYYƏTDƏ   BAŞ   VERƏN KİÇİCİK  NARAZILIQLARI  KOORDİNASİYA  EDİB,  ÜMUMXALQ  ETİRAZINA  ÇEVİRMƏYİ  BACARANA   MÜXALİFƏT  DEYİLİR - düşüncəsini  hələki  ya  anlamır, nə də  yaxına  buraxmayır.
Ziyalılar  titullara, ada  görə,  hər  yaltaqlıq  edir.
ZİYALILIQ  --  TƏHSİLƏ, SAVADA,  HANSISA  ELMİ  TİTULA,  PUBLİSİSTİK,  BƏDİİ   YAZILARA, İXTİRALARA,  KƏŞFLƏRƏ   GÖRƏ  YOX,  ŞƏXSİN  CƏMİYYƏTDƏ  TUTDUĞU  ƏDALƏTLİ   MÖVQEYƏ  GÖRƏ   VERİLİR. - anlamadı...
İndi,  yolun  sonudu...
44  günlük  qələbəmizlə  qürurlandığmız  bir  məqamda, bizə  bunu  çox  görən  xarici  qüvvələrin  hədələyici  səslərin  eşidirik. Xalq  birləşib, qələbəmizi  tam  edib, birliyi  qorumaqdansa,  gətirib  milləti  yolun  sonuna  çıxardıblar...
Yalaqlıq,  yaltaqlıq  o  həddə  çatıb ki, kənarda  dayananda  bu  işdə  çörək  olduğun  görüb  ona  meyil  edir. Mənəviyyat  tapdanır...
İnzibati  metodlar  ağırlaşdırılır,  şərləmə, üzə durma  adiləşdirilib. Hamı  ehtiyatlanır danışmaqa, söz  deməyə...
Haaqın  istəyən, pozulmuş  hüququnun  bərpasına  görə  dayanmadan  şikayət  edəni  ölkənin  azad, demokratik, hüquqların  qorunduğu  bir  ölkə  cilidində  təqdim  edirdilərsə, indi  susdurulmasını  tələb  edirlər...
Çox  təhlükəli  tendensiya ilə  üz  - üzəyik...
Yolun  harasıdı, haradı  bilmirəm...
Bildiyim,  hiss  etdiyim odur ki, qarşıda  bizi,  istər  xarici  təziqlər, istər  daxili  inzibati  metodlar,   böyük  təhlükələrlə  üz-üzə  qoyacaq...
скачать dle 12.1