"Ruhunu qaytar quluna..." - Ədalət QARABULUD
Ədalət Qarabuludun "Ruhunu qaytar quluna..." şerini oxuculara təqdim edirik.
...gördüm nəfəsim kəsilir
baxdım ki, dar qəfəsdəyəm
istədim qalxam yerimdən
gördüm ki, ag kəfəndəyəm
yırtıb dagıtdım kəfəni
cırpınıb cıxdım qəfəsdən
sıyrılıb cıxdım ölümdən
baxdım ki, hər tərəf məzar
bax o atam, bax bu anam
bax bu, qardaşımın qəbri
bu babamın, o nənəmin
o da sırdaşımın qəbri
bəs, bu təzə məzar kimin?
qırdım kəmfürsət səbrimi
əyildim tər başdaşına
ilahi buki özüməm...
oturub xeyli agladım
bildim ki, day bir ölüyəm...
...nə barım var,
nə barxanam
nə gördümki, nə götürəm...
Tanrım, nə istəsən elə
bir nuru qaytar gözümə
qoy cıxım haqqın yoluna -
ruhumu qaytar özümə
ruhunu qaytar quluna...
İstanbul.