Bia.Az

ZİMBALA VƏ İBADULLA

KÖŞƏ YAZARLARI
 8-07-2020, 13:19     863

ZİMBALA VƏ İBADULLA


Mirzə AĞ

Rəhmətlik Bülbülün bir mahnısı var - «Qalada yatmış idim…» Mahnı bu sözlərlə başlanır:

Qalada yatmış idim -

Top atdılar, oyanmadım…

Sözünən, avazınan oyatdılar!

Mən də bu sətirləri yazıram ki, bəlkə Azərbaycanda əhalinin sağlamlığına məsul olan vəzifəlilər «qış yuxusu»ndan oyandı…

Ölkədə təxminən 6 aydır ki, vənöysədir - koronavirus insanları total təhdid altına alıb, İspaniyada çalışan bir israilli həkimin yazdığı kimi, «insanlar qarışqa kimi qırılırlar…»

Mərdəkandakı xəstənaxada koronavirusdan müalicə almış azərbaycanlı jurnalist isə yazır: «Pəncərədən ağlaşma səsi eşidilir - ya kimsə ölüb, ya da kiminsə vəziyyəti ağırlaşıb…»

Başqa bir jurnalistimiz isə yazır: «Nə həkim var, nə dərman!»

Miqyasına, coğrafiyasına, yoluxma və mutasiya etmə dərəcəsinə görə, ÜST bu epidemiyanı pandemiya elan edib - dünya ölkələri pandemiya ilə mücadiləyə baş vurub… bu fonda, Azərbaycanın səhiyyə naziri, baş sanitariya həkimi, nazirin digər müavinləri «qalada qış yuxusuna gedib», ölkənin baş epidemioloqu isə «kişi kimi etiraf edir» ki, heç nədən xəbəri yoxdur!

Ötən əsrin 60-70-ci illərində Azərbaycanda bir toy maşnısı dəbdə idi - «Zimbala». Bu mahnını əsasən, sürücülər sifariş edərdilər. Mahnı bu sözlərlə başlanırdı:

Əcəb maşındır bu maşın - Zimbala,

«Provada»ları dolaşıbdı siqnala…

Aşıq Muşqulat da tənbəlik etmədən, bir vaxtlar dəbdə olmuş toy mahnısını yeni «redaktə və aranjemanda» dözümlü xalqına təqdim edib:

Əcəb epiddir pirəfesdir İbadulla,

Tam xəbərsizdir pandemiyadan - ayıb ola!

Cinayət hüququnda belə bir şərh var - cinayətin törədilməsi patoloji haldır. Sağlam ictimai-siyasi mühitdə əqli-ruhi və fiziki cəhətdən sağlam insan heç vaxt cinayət törətməz. Cinayətin baş verməsi üçün ya fərd xəstə olmalıdır, ya da cəmiyyət! İndi Azərbaycanda əhalinin sağlamlığını təmin etməli olan vəzifəli şəxslər bir halda səriştəsizlik-maymaqlıq, digər halda isə heyrətamiz məsuliyyətsizlik nümayiş edirirlər. Bu isə mahiyyət etibarilə, cinayətkar fəaliyyətsizlikdir! Cinayət varsa, cinayətkar da cəzasını almalıdır. Odur ki, Azərbaycanın təhlükəsizlik orqanları təcili olaraq, sahə üzrə ifrat yarıtmaz durumun səbəblərini araşdırmağa girişməlidir…

Başqa bir misal. Təxminən 6 aydır ki, ölkədə pandemiya ilə mübarizə aparıldığı elan olunub, karantin rejimi tətbiq edilib. Nə yazıq ki, Azərbaycanın baş infeksionisti indi meydana atılıb, tibbi maskanın qiymətinin aşağı salınmasını təklif edir. Bu ki, mahiyyət etibarilə, «təcavüzə məruz qalmış qadının tuman bağını bərk-bərk bağlamasına bənzəyir»!

TƏBİB rəsmilərindən biri, qurumun mətbuat katibi Rəvanə Əlyeva yazıb: «Yaranmış vəziyyətə görə hər kəs cavabdehdir. Hər birimizin ayrı-ayrılıqda sağalması və ya xəstələnməməsi kifayət deyil. Azərbaycan bütöv bir bədəndr. Ona görə də bütövlükdə, Azərbaycan sağalmalıdır…»

Doğru sözə nə deyəsən? Düşünürəm ki, artıq vaxtı çatıb - nəhayət, sözdən əmələ keçilməli və hər kəs cinayətkar fəaliyyətsizliyinin cəzasını almalıdır.
скачать dle 12.1