Bia.Az

Ermənistana nələr qol-qanad verir?

KÖŞƏ YAZARLARI / Hadisə
 26-01-2023, 12:11     325

İlqar Məmmədov
Respublikaçı Alternativ Partiyasının sədri

Ermənistan Azərbaycanla sülh danışıqlarını niyə uzadır? Çox səbəbin üçü qabarıq görünür.

Azərbaycanda sosial vəziyyətin pisləşməsi. Ermənilər bu sarıdan təcrübəlidir: Birinci Qarabağ müharibəsindəki uğurdan sonra sosial-iqtisadi vəziyyətin düzəlməməsinin hətta qalib sayılan hökuməti necə gözdən saldığını yaşayıblar.

Müharibədən sonra Azərbaycanda azadlıqların boğulması, hakimiyyətin nüfuza deyil, güc və tənzimləmə alətlərinə daha da çox arxalanması.
Ukrayna müharibəsi fonunda daha sərbəst iqtisadi iqlimə qaçmış rusiyalı iş adamlarının Ermənistana ciddi pul axını təmin edərək sosial narazılığı azaltması.

Bu üç amilin təsiri nəticəsində Azərbaycan beynəlxalq aləmdə gözdən salınır, daxildə yoxsullaşan əhali incik düşür, Ermənistanın sözü dünya ictimai rəyində yenidən önə çıxır.

Yoxsa Ermənistan söhbəti uzatmaz, sülh sazişini imzalayıb yeni mərhələyə keçərdi. Gözləntisi var, ümidlə yaşayır və bu ümidi ona Azərbaycan hakimiyyəti yaradır. Bu ümidlə Ermənistan yenidən silahlanır, bizə qarşı yeni beynəlxalq həmrəylik cəbhəsi qurur, axmaq-axmaq şərtlərlə başımızı qatır.скачать dle 12.1