Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 və 5 manat köçürən məşhurlar kimdir?

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 və 5 manat köçürən məşhurlar kimdir?
Mart 25, 2020 15:28

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin şəffaflığı və onlayn qaydada yenilənməsi Azərbaycan üçün ilk və olduqca mühüm addımdır.

Köçürmələr anbaan yenilənir və siyahıda maraqlı adlar və onların köçürdüyü məbləğlər də diqqəti cəlb edir.

Fiziki şəxslər sırasında köçürmə edən məşhurlar sırasında Prezident və Birinci vitse-prezidentdən sonra yüksək məbləğ köçürən tanınmışlardan biri də Mircəlal Hafiz oğlu Paşayevdir – 100 min.

Şamil Heydərov (Karqo Şamil) də 100 minlə ən çox ödəyənlər sırasındadır.

Qod Nisanovu artıq qeyd etmişdik – 2 milyon manat.

Məmurlarımızdan isə:

Əli Əsədov (Baş nazir) – 3.600 manat,

Şahin Mustafayev (Baş nazirin müavini) – 3090 manat,

Mədət Quliyev – Müdafiə Sənayesi naziri – 17,165 manat,

Ceyhun Bayramov (Təhsil naziri) – 10 min,

Elman Rüstəmov – 6800 manat,

Aftandil Babayev (Mərkəzi Bank sədrinin müavini) – 2,500 manat,

Əli Həsənov (Sabiq baş nazir müavini) – 5 min dollar,

Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri) – 10.460 manat,

Mübariz Qurbanlı (Dini İşlər üzrə Komitənin sədri) – 2500 manat,

Mübariz Əhmədzadə (Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı) – 2 min və s. köçürüblər.

Diqqəti çəkən ianə ödəyənlərdən biri də general Kərəm Mustafayevdir – 6686 manat.

Millət vəkilləri Ziyafət Əsgərov (4 min), Nizami Cəfərov (3.500), Qənirə Paşayeva (2.800), Zahid Oruc və Qüdrət Həsənquliyev (hərəsi 500) və s. də siyahıda ilk baxışdaca gözə dəyən tanınmış simalardır.

Sənət adamlarında Röya Ayxan 10 min, Mənsum İbrahimov isə min manatla siyahıya adlarını yazdırıblar.

Tanınmış aparıcı Zaur Baxşəliyev də 3 min manat ianə ilə koronavirusa qarşı mübarizəyə öz dəstəyini göstərib.

Ən maraqlı məqam isə keçmiş deputatlarla bağlıdır. Belə ki, Milli Məclisin 3-cü çağırış deputatı Çingiz Əsədullayev 10 min köçürübsə, sabiq deputat və ictimaiyyətdə kifayət qədər tanınan sima olan Nazim Bəydəmirli 1 (bir) manat ianə verib.

Daha bir diqqət çəkən ianə isə tanınmış yazıçı-publisist Yunus Oğuzla bağlıdır. Y.Oğuz 5 (beş) manat ianə verib.

Qeyd edək ki, kiçik məbləğlər ödəsələr belə, əslində, bu kampaniyaya qoşulduğunu nümayiş etdirən və dövlətimizin koronavirusla mübarizəsinə ictimai dəstək verən tanınmışlar da, sadə vətəndaşlarımız da kifayət qədərdir. (axar.az)

Bia.az
Oxşar xəbərlər