Bia.Az

Naxçıvan-Türkiyə sərhədi açılıb, amma... – “50 kiloqram məhsul aparmasan, buraxmırlar”

İqtisadiyyat
 21-10-2022, 09:20     313

Naxçıvan üzərindən Türkiyə ilə quru sərhədinin tam açıldığı bildirilir.

Bu barədə “AzPolitika.info”-ya Naxçıvan sakinləri məlumat veriblər.

Naxçıvandakı mənbələr oktyabrın 1-dən Türkiyəyə gediş-gəlişin yenidən bərpa olunduğunu, lakin sərhədi keçmək üçün bir sıra tələblərin irəli sürüldüyünü bildiriblər:

 “Türkiyəyə getmək üçün mütləq şəkildə özünlə azı 50 kiloqram məhsul aparmalısan. Məhsul aparmaqdan imtina edən şəxsləri sərhəddən buraxmırlar. Öz cibimizdən pul verərək, üzüm, kələm, turp kimi meyvə-tərəvəz məhsullarını alıb Türkiyəyə aparırıq. Digər rayon qeydiyyatında olan şəxslər də bu üsulla sərhəddən buraxılırlar. Türkiyə tərəfdən gələnlər isə hər hansı bir maneə ilə üzləşmirlər. Deyilənə görə, noyabr ayının 1-dən bu maneələr tam aradan qaldırılacaq”.

Bu mövzuyla bağlı Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Aftandil Abbasov “AzPolitika.info”-ya açıqlamasında sərhədin bağlı olaraq qaldığını və hələlik bu barədə heç bir dəyişikliyin olmadığını bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin 20 iyunda verdiyi qərara əsasən, iyulun 1-dən sentyabrın 1-dək Naxçıvan Muxtar Respublikası ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri iki ay müddətinə sərnişin daşımalarına qapadılmışdı.скачать dle 12.1