Bia.Az

Pensiya artımı: hələlik 14,3 faiz görünür

İqtisadiyyat
 20-10-2022, 01:47     276

Rəsmi hesabata görə, 2022-ci il sentyabrın 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 14,3 faiz artıb. Novator.az bildirir ki, bu, pensiyada mümkün artım göstəricisidir. Ölkədə əmək pensiyası orta maaşın illik artım tempinə uyğun indeksləşdirilir, proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsasında aparılır. İllik yekun rəqəm 2023-cü ilin fevral ayında açıqlanacaq.

2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçıları (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) bu il 200 manat məbləğində maddi yardım alır (hər rübün əvvəlində 50 manat). Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına yanvarın 1-dən əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım verilir.

2023-cü il yanvarın 1-dən hər iki yardım pensiyaçıların pensiyalarının tərkibinə daxil olacaq, yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək.

Azərbaycanda kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Əmək pensiyasının minimum məbləği 240 manatdır.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.скачать dle 12.1