Bia.Az

Naxçıvan hakimiyyətinin milli sənayeni SABOTAJ SİYASƏTİ - İsa Həbibbəylinin qələmi oğlunu həbsdən xilas edə biləcəkmi?

İqtisadiyyat
 10-10-2022, 15:21     351

Azərbaycanın Vergilər Nazirliyindən tutmuş Baş Prokurorluğuna qədər bütün müvafiq qurumlarının nümayəndələri Naxçıvan şəhərinə ezam olunublar. Muxtar Respublikanın bütün dövlət və qeyri-dövlət orqanlarının 30 illik fəaliyyəti didik-didik araşdırılmağa başlanıb.

BİA.AZ xəbər verir ki, Ovqat.com-a bu barədə məlumat Muxtar Respublikadakı etibarlı mənbələrdən daxil olub.

Məlumata görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin də yetkiləri Naxçıvandadır. Muxtar Respublikadakı bütün gömrük orqanları təpədən dırnağa yoxlanılır. Xüsusilə Səhət Həbibbəylinin rəhbərlik etdiyi dövrün maliyyə hesabatları diqqətlə saf-çürük edilir.

Vəziyyət o qədər ciddidir ki, yoxlamaların sonunda Səhət Həbibbəylinin və komandasının Böyükdüz əsirxanasının görünüb-görünməməsi də gündəmə gələ bilər.

«Səhət Həbibbəylinin özü və yaxınları artıq bütün ümidlərini İsa Həbibbəylinin qələminə bağlayıblar. Onların fikrincə, hörmətli akademikin qələmi özünü gücə salıb yekə bir yumurta meydana gətirsə, təbii ki, Səhətə söz deyən olmayacaq», - deyən mənbəmiz isə İsa Həbibbəylinin qələminin perosunun yumurta yerinin o qədər böyük və məharətli olduğuna inanmır. Görək kim haqlı çıxacaq: Səhətin adamları, yoxsa bizim mənbəmiz?

Bu sualın cavabını bilmək, təbii ki, nə mənim, nə də mənbəmin məlumat dağarcığı daxilindədir. Amma indidən bəzi məlumatlar var ki, bunu da mənbəmiz əldə edə bilib. Onun iddiasına inansaq, Naxçıvan gömrüyündə yeni qayda müəyyənləşdirilib: «Xaricdən bir mal sifariş verəndə elə həmin gün gətiriləcək yükün miqdarı və dəyəri mütləq gömrük orqanlarına bəyan edilməlidir. Halbuki, bundan əvvəl bir çox mallar gömrük rüsumdan yayındırılaraq Naxçıvana icazəsiz keçirilirdi. Bu mallara əsasən telefonlar, dərman və dərman preaparatları daxil idi. Hazırda Naxçıvanın bir çox əczaxanalarında və telefon dükanlarında qeydiyyatsız məhsullar satılır. Onlardan bir çoxunun mənşəyi belə məlum deyil. Nə qədər istifadəyə yararlı olub-olmadığı da bilinmir», - mənbəmiz deyib.

Digər bir məlumata görə, Naxçıvan gömrüyü təkcə xarici malların Muxtar Respublikaya qanunsuz keçirilməsi ilə məşğul deyilmiş. Bu gömrükxana həm də həmin məhsulların Azərbaycanın digər ərazilərinə keçirilməsi üçün də xarici şirkətlər tərəfindən istifadə olunurmuş. Məsələn, bu yaxınlarda Naxçıvandan Bakıya xeyli miqdarda - 1000 tondan artıq toyuq əti gətirilib. Bu qədər böyük tonnajlı toyuq əti Azərbaycanın illik istehlakının hardasa 1%-nə bərabəridir. Özü də bir şirkət tərəfindən idxal olunub. Şirkətin həm Vasif Talıbova, həm də Azərbaycan DGK-nın sabiq rəhbəri Səfər Mehdiyevə aid olduğu bildirilir. Belə görünür ki, iş fəaliyyəti dövründə «mənə gömrük orqanlarında rüşvət göstərin, istefa verim», - deyən Səfər Mehdiyev Vasif «xan»la əl-ələ verib ölkəyə qanunsuz yolla məhsullar daşıyırmış. Bu faktın üstü ona görə açılır ki, Naxçıvan vasitəsilə Bakıya gətirilən toyuq ətinin miqdarı həddindən çox olur. Təbii ki, Naxçıvanda bu qədər toyuq ətinin istehsalı mümkün olmadığından araşdırma aparılıb. Məlum olub ki, həmin toyuq əti xarici dövlətlərdən birindən (deyilənlərə görə, Braziliyadan) alınıb və yerli mal kimi dövlət rüsumlarından yayındırılaraq Azərbaycana gətirilib. Maraqlıdır ki, toyuq ətinin üzərindəki tanıdım işarəsi də elə Braziliyadakı fabrikada vurulub. Yəni adamlar hətta neylon qablaşdırma işini də özləri görməyiblər. Həmin toyuq ətinin nə dərəcədə istifadəyə yararlı olub-olmadığı da bəlli deyil.

Eyni qaydada xarici dövlətlərdə istehsal olunan siqaretlərin də Azərbaycana gətirildiyinə dair iddialar var. Hətta həmin siqaretlər rəsmi sənədlərdə orduya göndərilmiş kimi göstərilib. Beləcə külli-miqdarda xarici siqaretlər dövlət rüsumundan yayınıb. Ən dəhşətlisi isə odur ki, fırıldaq siqaretlər də sənədlərdə «Cahan» Holdinqin istehsalı kimi göstərilib. Halbuki, «Cahan» holdinq o markalı siqaretləri istehsal etmir.

Adının çəkilməsini istəməyən ekspertlərdən birinin saytımıza bildirdiyinə görə, «xanlıq» rejiminin bu qanunsuz fəaliyyəti yalnız ölkənin qida təhlükəsizliyini və vergi yığımlarını təhdid etmirmiş: «Bu həm də Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə başlatdığı «qida məhsullarında 100% ixdal asılılığından qurtulmaq» siyasətinə zərbə vurmaq, ölkəmizin aqrar sektorunu inkişafına əngəl yaratmaq üçün həyata keçirilə də bilər. Çünki Brazilyadan və başqa ölkələrdən Azərbaycana gətirilən keyfiyyətsiz və ucuz mallar istər-istəməz istehlak bazarda yerli məhsulları sıxışdırıb çıxarır, nəticədə bir çox müəssisələr iflas həddinə yaxınlaşırdı. Halbuki, Azərbaycan Nazirlər Kabineti, xüsusilə toyuq əti məhsullarında ixrac rüsumlarını artırmaqla yerli təsərrüfatın inkişafını təşviq etməyə çalışırdı. Naxçıvan hakimiyyətinin bu qanunsuz fəaliyyəti isə Azərbaycan hökumətinin bu strategiyasını işləməz hala gətirib çıxarırdı».
скачать dle 12.1