Bia.Az

Kolbasa istehsal edən biznesmen Yavuz Həsənov daha bir - ŞİRKƏT YARADIB

İqtisadiyyat
 10-10-2022, 10:15     314

Azərbaycanda kolbasa və sosiska istehsalı ilə məşğul olan Həsənovlar daha bir şirkəti təsis ediblər.

BİA.AZ Banker.az-a istinadən xəbər verir ki, “Hakan Foods Azerbaijan Trading” MMC (VÖEN: 1604866421) təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 25 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Babək pr. ev.53A-dır, hansı ki, bu ünvanda “Hakan Foods Azerbaican Trading Co Ltd” MMC adlı şirkət də qeydiyyatdadır.

“Hakan Foods Azerbaican Trading Co Ltd” MMC Azərbaycanda 2001-ci ildən “Kral” markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsal edir.

“Hakan Foods Azerbaican Trading Co Ltd” və “Hakan Foods Azerbaijan Trading”in rəhbəri eyni şəxsdir – Yavuz Həsənov Vəli oğlu. O, mediada “Hakan”ların prezidenti kimi təqdim edilir.

Onun qardaşı Yasin Həsənov Vəli oğlu isə “Hakan Qida” MMC-nin direktorudur.

Yeni yaradılan “Hakan Foods Azerbaijan Trading” MMC-nin nizamnamə kapitalı 169 012 manat təşkil edir.
скачать dle 12.1