Bia.Az

“Brent” markalı neft bahalaşıb

İqtisadiyyat
 3-04-2020, 16:16     349

“Brent” markalı neft bahalaşıbLondonun İCE birjasındakı bugünkü hərrac zamanı “Brent” markalı neft 10,4 faiz bahalaşaraq 33,04 ABŞ dollarına satılıb.

“bia.az” xəbər verir ki, eyni zamanda WTI markalı neft də 5,5 faiz bahalaşaraq 26,72 dollara satılıb.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı hökuməti neft bazarındakı vəziyyətin müzakirəsi və qərar verilməsi üçün OPEC+ formatının iştirakçısı ölkələri arasında təcili olaraq görüş keçirməyə çağırıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, baş nazir müavini Məhəmməd bin Salmanla ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlar keçirilib. İri neft dövlətlərinin mövcud neft böhranına çarəni birgə axtarmalarının vacibliyini bildirən ABŞ lideri koronavirus pandemiyası üzündən tələbatın azalmasının nəticələrini yumşaltmaq üçün gündəlik hasilatı 10 milyon barel azaltmağı təklif edib.

OPEC+ ölkələrinin nazirləri arasında aprel ayının 6-da video konfrans keçiriləcəyi açıqlanıb. Bu görüşə ABŞ hökumətinin nümayəndələrinin də dəvət olunduğu bildirilir.скачать dle 12.1