Bia.Az

ADB koronavirusun qlobal iqtisadiyyata vuracağı zərəri açıqlayıb

İqtisadiyyat
 3-04-2020, 10:10     343

ADB koronavirusun qlobal iqtisadiyyata vuracağı zərəri açıqlayıbKoronavirusun (COVİD-19) uzunmüddətli iqtisadi fəaliyyətlərin dayandırılması, daha böyük tələb sarsıntıları, Avropa, ABŞ və digər böyük iqtisadiyyatlarda yaratdığı şoklarla dünya iqtisadiyyatına vurduğu zərər 4,1 trilyon ABŞ dollara çata bilər.

“bia.az” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "Asiyanın inkişaf perspektivləri" hesabatında (Asian Development Outlook 2020) məlumat verilib.

Hesabatda bildirilir ki, bütün bu mənfi tendensiya fonunda qlobal ümumi daxili məhsul (ÜDM) 4,8% azalacaq. Çin də daxil olmaqla Asiya ölkələrinə pandemiyanın vurduğu zərərin isə 891,6 milyard ABŞ dollara çatması gözlənilir.

“Əgər pandemiya daha qısa müddətli iqtisadi fəaliyyətlərin durmasına və tələb şoklarına səbəb olacağı halda isə qlobal iqtisadiyyata 2 trilyon ABŞ dolları məbləğində zərər vuracaq və qlobal ÜDM isə 2,3% azalacaq”, - hesabatda vurğulanıb.

Bundan başqa bank bu il Asiya üçün iqtisadi artım proqnozunu 3,3 faiz bəndi azaldaraq 2,2%-ə endirib. Gələn il isə bu qitədə iqtisadi artımın yenidən yüksələrək 6,2% həddində olması proqnozlaşdırılır.скачать dle 12.1