Bia.Az

Saleh Məmmədovun Biləsuvardakı ADAMI nə işlə məşguldur - İLGİNC FAKTLAR

İqtisadiyyat / Bölgə
 30-09-2022, 11:46     631

Həqiqixeber.az saytına məlumat verən mənbə bildirir ki, Biləsuvar rayon 45 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əlirahim Kazımov rayonda Yol İstismar İdarəsi MMC-nin rəisindən cox biznesmen kimi tanınır. Mənbə qeyd edir ki, Əlirahim bəyin rayonda özünə dəyəri yüz min manatlarla ölçülən nəhəng villa tikdirib. Biləsuvarın mərkəzindəki yarım milyonluq “Nur” şadlıq sarayının da ona məxsusdur.

Yol infrastrukturuna ayrılan dövlət vəsaitindən oğurlamaq hesabına yol qırağında inşa etdirdiyi çoxsaylı ticarət obyektlərini, o cümlədən, tikinti materialları mağazasını babat qiymətə icarəyə verməsi hesabına bu adam özünü əməlli-başlı "tutub", yəni qılıncının "dalı da kəsir, qabagı da". Ancaq qəribədir ki, Əlirahim bəy bahalı model avtomobillərdə, o cümlədən “Prado” markalı “606” nömrə nişanlı maşında gəzdiyi halda idarənin asfalt zavoduna qiyməti vur-tut bir neçə on min dollar olan tüstüboğan texnika almağa “ürəyi gəlmir” və ətraf mühiti çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnir.

Mənbə bildirir ki, Əlirahim Kazımovun rayonda, ələlxüsus da Səmədabad və Çinarlı yolunun üstündə sayı 10-dan çox icarəyə verdiyi mağaza və digər təyinatlı obyektləri vardır. Eləcə də Xırmandalı və Əliabad kəndlərinin birləşməsində böyük şadlıq evi, Xırmandalıda milyonluq villası var. Bir qardaşı Rafaelin balıqyetişdirmə dambaları, digər qardaşı İbrahimin isə asfalt zavodu mövcuddur. Məlumatlarda həmçinin qardaşların rayonun geniş əkin sahələrini də ələ keçirdikləri qeyd olunur.

Mənbə onu da xatırladır ki, Əlirahim Kazımovun rəhbərlik etdiyi 45 saylı Yol İstismar İdarəsi MMC-nin tenderlərindən həmişə qardaşı İbrahimin oğlu Fuad Muxtarzadəyə məxsus “Yoltikintinəqliyyatservis” MMC qalib "çıxarılır". Almaniyanın “Vertgen” şirkətinin Azərbaycan üzrə təmsilçisi kimi təqdim edilən “Yoltikintinəqliyyatservis” MMC-nin yarıtmaz fəaliyyəti ayrıca bir söhbətin mövzusudur. Bu barədə növbəti sayımızda geniş məlumat verəcəyik.

Ardı var.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
скачать dle 12.1