Bia.Az

Türkiyə nə üçün Azərbaycanın mobil operatorlarını bloklayıb? - İLGİNC

İqtisadiyyat
 23-08-2022, 12:33     354

“Hazırda işlərimlə əlaqədar olaraq İstanbuldayam. Əvvəllər burada yaşasam da, heç vaxt belə bir problemlə qarşılaşmamaışam. Mən rominq xidmətini Azərbaycanda aktiv edərək İstanbula gəldim və burada işlərimlə əlaqədar xidmətdən istifadə etməyə çalışdığım zaman xidmət işləmədi. “Azercell” səhifəsinə daxil olmaq istəyəndə isə sistem donur və əlaqə yaratmaq mümkün olmur. Daha sonra “Bakcell” və “Nar Mobile” səhifələrinə daxil olmaq istədikdə də bu kimi hallar təkrarlanır”.

BİA.AZ xəbər verir ki, bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada jurnalist-bloger Ceyhun Abdulla söyləyib
Ceyhun Abdullanın sözlərinə görə yerli mobil operatorlarımız xarici ölkələrdə rominqin tətbiqində yaranan problemləri kiber hücumlarla əlaqələndirirlər:

“21-ci əsrdə mobil operatorlarımızın kiber hücumların həllində acizlik nümayiş etdirməsi biraz gülməli səslənir. Çox acınacaqlı vəziyyət burasındadır ki, mobil operatorlarımız icra edə bilmədikləri xidmətə görə nə vətəndaşa təzminat ödəyir, nə də xarici ölkədə qarşılaşdığımız bu problemi necə həll edə bilməyimizlə maraqlanırlar.

Mənim mühasibatlığım və “Asan imzam” birbaşa olaraq mobil operatoruma bağlıdır. Yəni telefonuma mesajla xəbərdarlıq və ya kod gəlməsə heç bir əməliyyat icra edə bilmirəm. Həmçinin bank kartımla alış-veriş və geri dönüş etmək üçün bilet almaq istəyirəm. Bu zaman əməliyyatı icra etmək üçün telefonuma təsdiq üçün sorğu gəlməlidir, lakin rominq işləmədiyi üçün heç bir əməliyatı icra etmək mümkün olmur. Bir sözlə xaricdə xidmət göstərə bilməyən mobil operatorlarımız bizi blokada vəziyyətində saxlayırlar”.

Problemlə bağlı Azercell-dən isə bildirilir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb:

“Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, “Azercell Telekom” MMC Respublikamızın hüdudlarından kənarda “Azercell” sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırıb. Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri “Kabinetim” proqramına, internet səhifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər”.

Mövzu ilə bağlı digər mobil operatorların da mövqeyini dərc etməyə hazırıq.
скачать dle 12.1