Bia.Az

Dövlət çörəyin qiymətini artırmaya bilərmiş... - Ekspertdən AÇIQLAMA

İqtisadiyyat
 21-08-2022, 16:20     315

İqtisadçı ekspert Vahid Məhərrəmov Azərbaycan vətəndaşlarının bir ildə adambaşına yediyi çörəyin çəkisini hesablayıb.

BİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, ekspert Azərbaycanda il ərzində adambaşına orta hesabla 135 kiloqram çörək istehlak oluduğunu vurğulayıb:

"Bunu nəzərə alsaq, il ərzində qiymət artımına görə hər bir istehlakçının xərci 13 manat 50 qəpik artacaq. Bu da ölkə üzrə 135 milyon manat deməkdir. Hakimiyyət bu qədər vəsaiti dövlət büdcəsindən kompensasiya edə bilər. Bu, Azərbaycan dövləti üçün elə də böyük vəsait deyil”.

Ekspert Qərb dövlətlərinin qiymət artımına görə əhaliyə kompensasiya ödədiyini bildirib.
скачать dle 12.1