Bia.Az

Azərbaycanın xarici borcu

İqtisadiyyat
 17-08-2022, 11:24     396

Hesablama Palatası Azərbaycanın 2022-ci il büdcəsinin yarım illik icrasına dair xülasə yayıb. Novator.az bildirir ki, xülasədə iyulun 1-nə ölkənin xarici dövlət borcu 7 milyard 882,3 milyon dollar göstərilir.

Maliyyə Nazirliyinin hesabatına görə, 1 yanvar 2022-ci ilə xarici dövlət borcu 8 milyard 135,7 milyon dollar idi.

Xarici borc 2015-ci ilə 6,4 milyard dollar, 2016-cı ilə 6,8 milyard dollar, 2017-ci ilə 6,9 milyard dollar, 2018-ci ilə 9,3 milyard dollar, 2019-cu ilə 8,9 milyard dollar, 2020-ci ilə 9 milyard 91 milyon dollar, 2021-ci ilə 8 milyard 821,5 milyon dollar olub.
скачать dle 12.1