Bia.Az

Xarici ticarətin yeddi ayı

İqtisadiyyat
 17-08-2022, 11:20     342

Dövlət Gömrük Komitəsi xarici ticarət hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, Azərbaycanın hüquqi və fiziki şəxsləri 2022-ci ilin yanvar-iyul aylarında 170 ölkə ilə ticarət əməliyyatı aparıb, 22 milyard 565 milyon dollarlıq ixrac, 7 milyard 493,8 milyon dollarlıq idxal rəsmiləşib, dövlət büdcəsinə 3 milyard 20,2 milyon manat ödənib.

Statistikaya əsasən, ixracın 92,5 faizi neft-qaz sektoru məhsuludur, idxalda ən böyük pay maşın, mexanizm, elektrik avadanlıqları və onların hissələrini əhatə edib: 19,9 faiz.

İxracın 4,3 faizinin MDB ölkələrinin, 63,8 faizinin Avropa İttifaqı ölkələrinin, 31,9 faizinin başqa ölkələrin payına düşdüyü, idxalda MDB-nin payının 29 faiz, Avropa İttifaqının payının 15,5 faiz, başqa ölkələrin payının 55,5 faiz, ticarət dövriyyəsi və ixrac üzrə əsas tərəfdaşın İtaliya, idxal üzrə əsas tərəfdaşın Rusiya olduğu vurğulanır.скачать dle 12.1