Bia.Az

Özəlləşdirmə çeklərinin aqibəti: “Ailəlikcə bərpasını gözləyirik”

İqtisadiyyat
 10-07-2022, 13:10     134

Dünya təcrübəsinə əsasən, inkişaf etmiş dövlətlərdə özəlləşdirmə çeklərindən kütləvi özəlləşdirmə zamanı istifadə olunur. Bu təcrübə fonunda Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il yanvarın 1-dən Azərbaycanda da özəlləşdirmə çekləri dövriyyəyə buraxılıb. Tədavül müddəti bir neçə dəfə artırılan özəlləşdirmə çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatsa da, hələ də bu çekləri özündə saxlayan insanlar az deyil. Müəyyən dövrlərdə çek sahibləri öz haqqlarından istifadənin bərpa edilməsi üçün çağırışlar etsələr də, hələ ki səslərinə səs verən tapılmır. Cəmiyyətin müəyyən qismini narahat edən bu problem aktuallığının davam etməsi ictimai nüfuzlu şəxslərin də dövlətə çağırışlar etməsinə yol açıb.

Mövzu ilə bağlı aparıcı-aktrisa Aysel Nazim Busaat.az-a açıqlamasında bildirib ki, çeklərlə bağlı prosesin icrasında əhalinin maarifçilik səviyyəsinin aşağı olması sahib olduqları imkandan düzgün yararlanmamağa səbəb olmuşdu:
image-93c41f35-f2e6-4744-8a8a-2162a526617b
“O vaxtı bizim də özəlləşdirmə çeklərimiz var idi. Məlumatıma görə, bu çeklər dövlət qiymətli kağızları sayılır və eyni zamanda mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Bu baxımdan özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması çox yaxşı olardı. Mən buna sevinərdim. Çek sahiblərinin hüquqlarının bərpa olunması təqdirəlayiq addım olar”.
Aktyor Əmrah Dadaşova görə, mövzunun aktuallığı özəlləşdirmə çeklərinin taleyi ilə bağlı problemin həllini zəruri edir:
image-ddad9e18-d5be-4f67-a77f-fe5604d756c2
“Yadımadır ki, mən uşaq olanda evimizdə bu çeklərdən var idi. Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. O vaxtı bəzi işbazlar əhalinin tam məlumatlı olmamasından sui-istifadə edərək, çeklərdən öz məqsədləri üçün istifadə etdilər. Lakin bu gün əksər insanlarda özəlləşdirmə çekləri hələ də qalmaqdadır. Yaxşı olardı ki, özəlləşdirmə çeklərinə sahib olan insanların hüquqları bərpa olunsun. Niyə də olmasın?! Özəlləşdirmə çekləri yenidən istifadəyə yararlı hala gətirilərsə, bu, sosial-iqtisadi vəziyyətə müsbət təsir edə bilər”.
 
Ailə üzvlərinin hələ də özəlləşdirmə çeklərini saxladığını bildirən aktrisa Raksana İmir qeyd edib ki, sözügedən çeklərin yenidən tədavülə buraxılmasını səbirsizliklə gözləyirlər:
image-87bccb38-0120-47b7-b2f0-0f0a9f649a18
“Əslində 1996-cı ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasının tərəfdarı olan şəxslərin sayı getdikcə artmaqdadır. Müşahidəmə görə, əlində çekləri qalan şəxslərin tədavülün yenidən bərpa olunması ilə bağlı müvafiq qurumlara, o cümlədən ölkə başçısına müraciəti olub. Hesab edirəm ki, özəlləşdirmə çeklərinə sahib olan heç bir vətəndaş ziyana uğramamalıdır. Onların sahib olduqları imkandan yararlanmasına şərait yaradılmalıdır. Ailə üzvlərim arasında özəlləşdirmə çekinə sahib olan şəxslər var. Xüsusən də anam çeklərin yenidən tədavülə buraxılmasını çox istəyir. Ümumiyyətlə, ailə olaraq bu çeklərin və hüquqlarımızın bərpa olunacağı günü gözləyirik”.
Qeyd edək ki, hər bir özəlləşdirmə çekinin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilrəsiniz:
https://busaat.az/?s=%C3%B6z%C9%99ll%C9%99%C5%9Fdirm%C9%99+%C3%A7ekl%C9%99riскачать dle 12.1