Bia.Az

Azərbaycandan Gürcüstana səfərlərin artım tempi azalıb

İqtisadiyyat
 24-02-2020, 12:00     111

Azərbaycandan Gürcüstana səfərlərin artım tempi azalıb


Ötən ilin IV rübündə Gürcüstan Azərbaycandan 111,7 min nəfər ziyarətçi qəbul edib.

“bia.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycandan olan ziyarətçilər Gürcüstana səfər edənlərin 16,7%-ni təşkil edib. 2018-cilin anoloji dövrü ilə müqayisədə göstəricidə 4,5% azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstan ən çox ziyarətçini 263,2 min nəfər olmaqla Türkiyədən (39,3%) qəbul edib. Üçüncü yerdə isə Avropa İttifaqına üzv olan ölkələrin vətəndaşları qərarlaşıb.

2019-cu ilin oktybar-dekabr aylarında qonşu ölkəyə, ümumilikdı, 890,5 min ziyarətçi səfər edib. Ziyarətçilərin 45,3%-ni 31-50 yaş qrupunda daxil olan şəxslər təşkil edib.

Səfərlərin əsas məqsədləri dost-qohum ziyarəti (35,6%), alış-veriş (31,8%), biznes (17,8%), tətil və müalicə (10,8%) olub.скачать dle 12.1