Bia.Az

Yaxın ölkələrdə benzin necəyədir?

İqtisadiyyat
 28-06-2022, 09:42     131

Azərbaycanda ən çox işlədilən avtomobil benzininin – Aİ-92 markalı benzinin litri 1 manata (59 sent) satılır.


 Bəs yaxın ölkələrdə populyar benzinin litri neçəyədir?


Novator.az Globalpetrolprices.com saytına istinadla bildirir ki, İranda benzinin litri 5 sent, Türkmənistanda 43 sent, Qazaxıstanda 46 sent, Belarusda 72 sent, Qırğızıstanda 83 sent, Özbəkistanda 89 sent, Rusiyada 93 sentdir.


Gürcüstanda benzinin litri 1 dollar 33 sent, Türkiyədə 1 dollar 59 sent, Ukraynada 1 dollar 72 sent, Moldovada 1 dollar 74 sent, Litvada 2 dollar 15 sent, Latviyada 2 dollar 20 sent, Estoniyada 2 dollar 28 sentə təklif olunur.
скачать dle 12.1