Bia.Az

Putin: "ABŞ özünü “Allahın yer üzündəki elçisi” elan edib"

İqtisadiyyat
 18-06-2022, 17:03     497

“Rusiyadan və Belarusdan gübrə daşınmasının qarşısı alınır. Bundan sonra rüşvətxorluq halları artacaq. Qlobal bazarda gübrə çatışmazlığı müşahidə ediləcək. Qiymətlər daha da artacaq. Bu isə yoxsul ölkələrdə aclıq təhlükəsi yaradacaq. Bunun səbəbkarı isə Avropa dövlətləri və Amerikadır”.

Bia.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə danışan Putin dünyada baş verən ərzaq böhranına görə məsuliyyət daşımadıqlarını bildirib. Putin bildirib ki, dünyada son aylar baş verən hadisələr Rusiyanın həyata keçirdiyi “xüsusi hərbi əməliyyatın” nəticəsi deyil.
“Dünyada ərzaq təchizatında problem olacaq. Yaşanan və yaşanacaq problemin səbəbkarı biz deyilik. Bu cür iddialar açıq və məqsədli şəkildə faktları təhrif etmək cəhdidir. İnflyasiyanın kəskin artması, məhsul və xammal bazarlarında problemlər bu ildən müşahidə edilmir. Dünya uzun zamandır ki, G7 ölkələrinin məsuliyyətsiz makroiqtisadi siyasətini izləyir. Bu proseslər pandemiya səbəbindən 2020-ci ildən başlayıb”,- deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, Ukraynda qida məhsullarının qlobal bazara tədarükü ilə bağlı çox sayda spekulyasiya var: “Biz taxılın çıxarılmasına mane olmuruq. Ukraynanın Qara dəniz limanlarına mina döşəyən biz deyildik ki. Minaları təmizləyib, taxılı çıxarsınlar. Biz bu gəmilərin təhlükəsizliyini təmin edərik”.
Putin həmçinin bildirib ki, Avropalı siyasətçilər öz iqtisadiyyatlarına öz əlləri ilə ciddi zərbə vurublar.
“Avropada və ABŞ-da sosial və iqtisadi problemlərin yarandığını, malların, qida məhsullarının, enerjinin və yanacağın qiymətinin necə artdığını görürük. Rusiayaya qarşı “iqtisadi blits-krik”-in uğurlu olmayacağını demişdim”,- deyə o əlavə edib.
Rusiya prezidenti bildirib ki, Rusiayya tətbiq edilən sanksiyalar, axmaq və düşünülməmiş sanksiyalardır. Məqsəd Rusiya iqtisadiyyatını çökdürmək olsa da, çox uğursuz oldu.
“Rusiyaya tətbiq edilən sanksiyalar sürətli və tayı-bərabəri olmayan snaksiyaalrdır. Rusiya iş adamları və höküməti, sanksiayalaır tətbiq edildiyi bir dövrdə birlik və həmrəylik nümayiş etdirdi. Rusiya höküməti iqtisadiyyatını addım-addım bərpa edir. Yazın əvvəllərində Rusiya iqtisadiyyatı haqqında söylənilən qaranlıq təxminlər reallaşmadı.
Soyuq müharibədə zəfər elan edən ABŞ öz mənfəətinin müqəddəs olduğunu irəli sürür. Soyuq müharibədən sonr isə ABŞ özünü heç bir məsuliyyəti olmayan “Allahın yer üzündəki elçisi” elan edir.
Amma reallıq budur ki, ABŞ bir şeyi bəyənmirsə, hər an başqasına aid olan pulu oğurlaya bilər. Digər ölkələrin də siyasətində xoşuna gəlməyən bir şey olsa, hər an vəsaiti mənimsənə bilər. Mənə elə gəlir ki, qızıl və valyuta rezervlərini bu valyutada saxlayan bir çox ölkə üçün keçərlidir”,- deyə Putin əlavə edib.скачать dle 12.1