Bia.Az

“Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb” - Nazir müavini

İqtisadiyyat
 25-05-2022, 12:36     371

“Hesabat ilində bəzi uğursuzluqlar da qeydə alınıb”.


APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.


Sevinc Həsənova bildirib ki, yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb:


“Bizim proqnozlara nisbətən inflyasiya daha yüksək olub. Beynəlxalq təşkilatların proqnozlarında inflyasiyanın 2021-ci ildə ən yüksək həddə çatacağı bildirilirdi. 2022-ci ildə inflyasiyanın pandemiyadan əvvəlki həddə qayıdacağı proqnozlaşdırılsa da, bu, baş vermədi. Dünyanın müxtəlif yerlərində iqlim dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi, ərzaq məhsullarının qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarıb. Azərbaycanda baş verən yüksək inflyasiya da əsasən, idxal inflyasiyası ilə izah oluna bilər”.скачать dle 12.1