Bia.Az

Minimum maaşın 15 ili

İqtisadiyyat
 20-12-2021, 12:56     479

Azərbaycanda minimum əməkhaqqı məbləğinin son 15 ildə necə dəyişməsinə nəzər salıb.


2007-ci il fevralın 1-dən minimum əməkhaqqı 50 manat müəyyən edilib.
2008-ci il yanvarın 1-dən məbləğ 60 manata, sentyabrın 1-dən 75 manata qalxıb.
2010-cu il sentyabrın 1-dən 85 manat, 2011-ci il dekabrın 1-dən 93,5 manat minimum maaş qüvvədə olub.
2013-cü il sentyabrın 1-dən minimum əməkhaqqı 105 manata yüksəlib.
2017-ci il yanvarın 1-dən minimum maaş 116 manat, 2018-ci il yanvarın 1-dən 130 manat məbləğində rəsmiləşib.
2019-cu il martın 1-dən 180 manat həddi, sentyabrın 1-dən 250 manat həddi qüvvəyə minib.
2022-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 300 manat müəyyən edilir.
Azərbaycanda fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna ödənişləri minimum əməkhaqqı məbləğinə bağlıdır. Sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödəniş var. Bakı şəhərində 25 faiz miqdarının 100 faiz həddi, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz həddi, digər şəhərlərdə 80 faiz həddi, rayon mərkəzlərində və qəsəbələrdə 60 faiz həddi, kənd yerlərində 50 faiz həddi tətbiq olunur.скачать dle 12.1