Bia.Az

Sərnişindaşıma: subsidiya qaydası təsdiqlənib

İqtisadiyyat
 3-12-2021, 11:27     324

Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti qaydasını təsdiqləyib. Qaydanın əsasən dizel yanacağının qiymətində baş vermiş artıma görə tarif dəyişikliyinin sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin neytrallaşdırılması məqsədilə hazırlandığı bəyan olunub.

2021-ci il yanvarın 5-dən Azərbaycanda dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpikdən 80 qəpiyə qaldırılıb.
Dekabrın 2-də dərc olunan subsidiya qaydası dizel yanacağı ilə çalışan avtomobil nəqliyyatında dövlətin tənzimlədiyi tariflərə uyğun müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara aiddir, minik avtomobilləri ilə sərnişindaşıma, beynəlxalq sərnişin daşımaları və qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan daşıyıcılara şamil edilmir.

Novator.az bildirir ki, qaydaya əsasən, subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində hesablanır. Subsidiya 2021-ci il yanvarın 5-dən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə indiki tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.скачать dle 12.1