Bia.Az

Məzənnələrin 11 ayı

İqtisadiyyat
 30-11-2021, 10:28     360

Novator.az xarici valyutaların məzənnələrinin 2021-ci ilin yanvar-noyabr aylarında necə dəyişməsinə nəzər salıb.

Avro ilə 2,0854 manatla başlayıb. Ən yüksək rəsmi qiymət yanvarda 2,0958, fevralda 2,0697, martda 2,0547, apreldə 2,0618, mayda 2,0844, iyunda 2,0785, iyulda 2,0193, avqustda 2,0195, sentyabrda 2,0199, oktyabrda 1,9847, noyabrda 1,9725 manat olub.
Gürcüstan larisi ilə 0,5144 manatla start verib, maksimal məzənnə yanvarda 0,5170, fevralda 0,5176, martda 0,5135, apreldə 0,4990, mayda 0,5205, iyunda 0,5463, iyulda 0,5519, avqustda 0,5502, sentyabrda 0,5470, oktyabrda 0,5452, noyabrda 0,5507 manat göstərilib.
Rusiya rublu yola 0,0229 manatla çıxıb. Ən yuxarı qiymət yanvar, fevral və mayda 0,0232, mart, iyul və avqustda 0,0233, apreldə 0,0229, iyunda 0,0237, sentyabrda 0,0235, oktyabrda 0,0245, noyabrda 0,0240 manat səviyyəsində rəsmiləşib.
Türkiyə lirəsinin ilkin kursu 0,2291 manat olub. Maksimum qiymət yanvarda 0,2327, fevralda 0,2442, martda 0,2330, apreldə 0,2117, mayda 0,2063, iyunda 0,2027, iyulda 0,2007, avqustda 0,2035, sentyabrda 0,2052, oktyabrda 0,1920, noyabrda 0,1780 manat göstərilib.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 4 milyard 845,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 644,9 milyon, fevralda 437,3 milyon, martda 397,7 milyon, apreldə 509,9 milyon, mayda 312,7 milyon, iyunda 463,6 milyon, iyulda 461,6 milyon, avqustda 512,3 milyon, sentyabrda 565,4 milyon, oktyabrda 539,9 milyon dollar alınıb.
Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.скачать dle 12.1