Bia.Az

Sükut 3 il 8 ayı haqlayır

İqtisadiyyat
 5-11-2021, 10:31     365

Mərkəzi Bank noyabrın 5-də ABŞ dollarının məzənnəsini 1,7 manat səviyyəsində saxlayıb. Bu kurs noyabrın 10-dək qüvvədə olacağı üçün qiymət sabitliyinin 3 il 8 ayı tamamlanır.

2015-ci ilin devalvasiyalarında dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 4 milyard 845,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 644,9 milyon, fevralda 437,3 milyon, martda 397,7 milyon, apreldə 509,9 milyon, mayda 312,7 milyon, iyunda 463,6 milyon, iyulda 461,6 milyon, avqustda 512,3 milyon, sentyabrda 565,4 milyon, oktyabrda 539,9 milyon dollar alınıb.

Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.

Noyabrın 1-nə Mərkəzi Bankın 7 milyard 41,1 milyon dollarlıq valyuta ehtiyatı olub.

2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, ilin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.
2017-ci ilin əvvəlinə ehtiyat 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar, 2020-ci ilin əvvəlinə 6 milyard 258 milyon dollar həcmində rəsmiləşib.

2021-ci il 6 milyard 369,4 milyon dollarla başlayıb.скачать dle 12.1