Bia.Az

Azərbaycan nefti bu il nə qədər bahalaşıb?

İqtisadiyyat
 5-11-2021, 09:48     329

Noyabrın 4-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,74 dollara təklif olunur. Bu, 2021-ci ilin start qiymətindən 33,82 dollar yuxarı qiymətdir.

Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95, avqusta 73,48, sentyabra 72,21, oktyabra 80,44, noyabra 87,08 dollarla başlayıb.
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-sentyabr aylarında Azərbaycanda 25,8 milyon ton xam neft hasil olunub.

Energetika Nazirliyi gündəlik hasilatı yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel, iyulda 606 min barrel, avqustda 596,1 min barrel, sentyabrda 586,2 min barrel göstərib.

İri neft ixracatçıları – OPEK və qeyri-OPEK ölkələri noyabrın 4-də yeni hasilat razılaşması əldə edib. Razılaşma dekabr ayından Azərbaycana gündəlik xam neft hasilatını 654 min barrelə çatdırmaq imkanı verir.

Novator.az bildirir ki, 2008-ci ildə Azərbaycanda 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton neft çıxarılıb.скачать dle 12.1