Bia.Az

Yeni qiymət

İqtisadiyyat
 2-11-2021, 11:40     333

Energetika Nazirliyinin 2 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 87,08 dollara satılır. Bu, büdcə qiymətindən 47,08 dollar yuxarı qiymətdir.

2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95, avqusta 73,48, sentyabra 72,21, oktyabra 80,44 dollarla start verib.

Novator.az bildirir ki, Energetika Nazirliyi gündəlik hasilatı yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 min barrel, iyulda 606 min barrel, avqustda 596,1 min barrel, sentyabrda 586,2 min barrel göstərib.
скачать dle 12.1