Bia.Az

Delta ştamı nefti ucuzlaşdırır - 2 həftəlik minimumda

İqtisadiyyat
 5-08-2021, 14:22     332

Neft qiymətləri iyulun 20-dən bu yana ən aşağı həddə düşüb.

Ucuzlaşmanın səbəbi ABŞ-ın xam neft ehtiyatlarında gözlənilməz artım və ABŞ və Çinin mənfi iqtisadi hesabat açıqlaması olub. Qeyd edək ki, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) xam neft ehtiyatlarının keçən həftə 3,6 milyon barel artdığını açıqlamışdı.

Eləcə də, koronavirusun Delta variantının yayılmasının qlobal enerji tələbatını azaldacağı ilə bağlı narahatlıqlar neftin qiymətini 2 həftəlik minimuma endirib. Yoluxuculuq sürəti yüksək olan Delta ştamı, aşağı peyvəndləmə dərəcələri olan ərazilər və səhiyyə sistemindəki gərginliklər çərşənbə günü dünya üzrə koronavirusa yoluxma hallarının 200 milyonu ötməsinə səbəb olub.

Analitiklər dünyanın iki ən böyük neft istehlakçısı olan ABŞ və Çində pandemiyanın sürətlə yayıldığı vaxtda yanacağa olan tələbatın məhdudlaşacağını düşünür.

Qeyd edək ki, çərşənbə günü Brent fyuçersləri 2,03 dollar və ya 2,8% azalaraq 70,38 dollar/barelə, ABŞ-ın Qərbi Texas Intermediate (WTI) markalı xam nefti isə 2,41 dollar və ya 3,4% azalaraq 68,15 dollar səviyyəsində qərarlaşıb.

Treyderlər qeyd edir ki, neftin qiymətinin düşməsi Yaxın Şərqin geosiyasi gərginliyinin artmasına dair xəbərlərə baxmayaraq baş verib.

Delta ştamı nefti ucuzlaşdırır - 2 həftəlik minimumdaскачать dle 12.1