Bia.Az

Benzin bahalaşdı - Bazarda bu maşınlara maraq artdı - VİDEO

İqtisadiyyat
 2-08-2021, 10:39     318

"Aİ 92" markalı benzinlə işləyən avtomobillərə maraq artıb. Maşın bazarına gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar.
Xəzər TV xəbər verir ki, bəzi avtomobillərin qiymətlərində 1500 manata qədər artım müşahidə edilib.

Maşın bazarına gələnlər modelə görə yox, yanacaq növünə görə seçim edirlər.

Bazara gələn alıcılar indi daha çox bu benzinlə işləyə bilən modellərlə maraqlanırlar. Elə alıcıların da çoxu qiymətlərdən narazıdır.

Müşahidələr göstərir ki, bazarda xüsusilə "Aİ-95" və "Aİ-98" markalı benzinin istifadə olunduğu avtomobillərin qiymətlərində 1000- 1500 manata qədər artım müşahidə edilir.

Qeyd edək ki, bir müddətdir ki, bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium markalı benzin 5 qəpik bahalaşaraq 1 manat 45 qəpiyə satılmağa başlayıb.

<embed width="640" height="360" src="https://player.olke.az?v=&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>скачать dle 12.1