Bia.Az

Ticarətdə lider tərəfdaşlar

İqtisadiyyat
 18-07-2021, 15:35     324

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi bu ölkə ilə yarım illik ticarət dövriyyəsini 3,3 milyard dollar göstərir.

Qalan əsas ticarət tərəfdaşları dövriyyəyə görə belə sıralanır:

Türkiyə – 2,2 milyard dollar
Rusiya – 1,3 milyard dollar
Çin – 822,2 milyon dollar
Almaniya – 478,2 milyon dollar
Gürcüstan – 431,5 milyon dollar
Hindistan – 431,3 milyon dollar
Ukrayna – 423,9 milyon dollar
İspaniya – 378,6 milyon dollar
İsrail – 337,2milyon dollar
Böyük Britaniya – 274,5 milyon dollar
Portuqaliya – 260,5 milyon dollar
ABŞ – 260,2 milyon dollar
Xorvatiya – 229 milyon dollar
Tunis – 205 milyon dollar.
скачать dle 12.1