Bia.Az

Azərbaycan pandemiya ilə bağlı tədbirlərə 40 milyon xərcləyib -ARAŞDIRMA

İqtisadiyyat
 20-06-2021, 20:29     64

Maliyyə Nazirliyi xəbər verir ki, 2020-ci il ərzində koronavirus pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 mln. manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17,0 mln. manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 mln. manat və 18 xarici ölkəyə 18,9 mln. manat beynəlxalq yardımlar göstərilib.

Bilən varmı, müharibədə və ya müharibədən sonrakı dövrdə 18 xarici dövlətin hansından dəstək aldıq?
Nədən, UNESCO işğaldan azad edilmiş ərazilərdən dağıdılmış tarixi-memarlıq abidələrinin qeydiyyatını aparıb, beynəlxalq ictimaiyyəti məlumatlandırmır?
Mən xarici təşkilatlara əməkdaşlığın əleyhinə deyiləm, amma onlara dövlət büdcəsindən göstərilən yardımın şəxsi və hakimiyyət maraqları çərçivəsində istifadə olunmasını da korrupsiya sayıram. Hesab edirəm ki, belə yardımla Almaniya Bundestaqının deputatı Mark Hauptmana, İtaliyalı deputat Luka Volonteyə rüşvət verilməsi arasında fərq yoxdur. Hər ikisi hakimiyyətin vəklilliyinə xidmət edir.
Azərbaycana uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35 faizi leykoz xəstələridir. Leykozun xaricdə müalicəsi mümkündür, amma çox bahadır. Ona görə də hər gün Azərbaycan televiziyaları, sosial şəbəkələr müxtəlif xəstəliklərin, o sıradan da leykoz xəstəliyinin daşıyıcısı olan uşaqların müalicəsi üçün yardım kampaniyası aparır. Uşaqların valideynləri tele ekranlarında göz yaşlarını axıda-axıda tamaşaçılardan ianə istəyirlər. Belə ürəkdağlayıcı səhnələri milyonlarla tamaşaçı izləyir, amma ən yaxşı halda 100 mindən beşi-onu yardım edir. Çünki, yardım etmək kasıbların ürəyindən keçsə də pulu yoxdur, varlıların pulu olsa da verən əlləri yoxdur. Nəticədə hər il yüzlərlə xəstə həyatını itirir.
Bütün bunlar illərdir davam etsə də Azərbaycan dövləti leykoz xəstəliyinin daşıyıcıları olan uşaqlara sahib çıxıb onların xaricdə müalicəsinə 1 manat da olsun vəsait ayırmır. Halbuki, 48,2 (39,3+18,9) milyon manata ən azı 350-ə qədər leykoz xəstəsi olan uşaqları xaricdə tam müalicə etdirib, sağaltmaq olar.
Görəsən, nə zamansa bu hakimiyyət üzünü xalqa tərəf döndərəcəkmi, övladlarının müalicəsinə görə əlacsız qalıb xalqdan yardım istəyən valideynlərin gözyaşlarını dayandıracaqmı?
Xəstələrə Allahdan şəfa, Azərbaycan hakimiyyətinə də insaf arzulayıram.
 
Qubad İbadoğluскачать dle 12.1