Bia.Az

MAGATE-dən Azərbaycana 1,5 milyon dollarlıq hədiyyə

İqtisadiyyat
 13-03-2020, 14:10     411

MAGATE-dən Azərbaycana 1,5 milyon dollarlıq hədiyyə“Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) Azərbaycana 1,5 milyon ABŞ dolları dəyərində Sterilizasiya Məqsədli Qamma Şüalanma Qurğusu və laboratoriya vasitələri hədiyyə edib”.

Bunu "bia.az"a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin diektoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, qurğu MAGATE ilə birgə həyata keçirilən layihə çərçivəsində təqdim olunub: “Bu qurğu ilə müxtəlif ləvazimatların - birdəfəlik şpristlərin, dərmanların, qabların sterilizasiyasını həyata keçirmək mümkündürş olar. Dünyada bu qurğudan həmçinin bəzi qida məhsullarının, ədviyyat və quru meyvələrin sterilizasiya üçün istifadə edilir”.скачать dle 12.1