Bia.Az

Koronavirusun doğurduğu problemlər: daha bir tədqiqatın nəticəsi

İqtisadiyyat
 12-04-2021, 14:53     458

Böyük Britaniyanın Oksford Universitetinin alimləri əqli zəiflik, parkinson, iflic xəstəlikləri, eləcə də həyəcan-təşviş kimi psixoloji problemlərlə koronavirus arasında sıx əlaqənin olduğunu aşkarlayıblar.

Novator.az-ın məlumatına görə, alimlər 236 min pasiyentin xəstəlik tarixçəsini nəzərdən keçirəndən sonra bu qənaətə gəliblər.
Araşdırmanın nəticəsi Britaniyanın “Lancet Psychiatry” tibb jurnalında dərc olunub.

Araşdırmada vurğulanır ki, sözügedən xəstəliklər və psixoloji problemlər COVİD-19 infeksiyasının təsiri nəticəsində get-gedə artmaqdadır.
Alimlərin sözlərinə görə, koronavirus xəstəliyindən sağalmış hər üç nəfərdən birində altı ay sonra nevroloji və ya psixiatrik pozuntular aşkar edilib. Koronavirus xəstəliyini ağır keçirmiş, o cümlədən deliriya və digər psixi problemləri olan pasiyentlərdə nevroloji pozuntular daha güclü olub.

Araşdırmada dünyada 135 milyondan çox adamı yoluxdurmuş koronavirusun, daha doğrusu, pandemiyanın miqyasının bir yandan xroniki xəstəlikləri, o biri yandan da səhiyyə və sosial xidmət sahələrini gücləndirdiyi də bildirilir.
скачать dle 12.1