Bia.Az

Azərbaycan bir ayda 6,6 milyon dollarlıq polipropilen ixrac edib

İqtisadiyyat
 22-02-2020, 17:28     99

Azərbaycan bir ayda 6,6 milyon dollarlıq polipropilen ixrac edibBu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 8,036 min ton həcmində polipropilen ixrac edib.

“bia.az”in Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 6,591 mln. ABŞ dolları təşkil edib.

Polipropilenin yanvar ayında qeyri-neft sektoru üzrə ixracda payı 4,68% olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.скачать dle 12.1